“Peşəkar boksa erkən keçmək lazımdır. Amma mənim obyektiv səbəblərim var idi. Azərbaycan Boks Federasiyasının o vaxtkı rəhbəri Kəmaləddin Heydərov məndən daha bir olimpiya tsikli üçün milli komandada qalmağımı xahiş etdi. Mən sona qədər qaldım ki, Azərbaycana faydalı olum, ölkənin bayrağını qaldırım. 2017-ci ildə üçüncü dəfə dünya çempionu oldum”.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri “azerisport.com”a müsahibəsində Azərbaycanın boks üzrə Olimpiya mükafatçısı, 3 qat Dünya və bir dəfə Avropa çempionu Məhəmmədrəsul Məcidov bildirib.
Peşəkar boksçu əlavə edib ki, Azərbaycanda peşəkar boks sənayesi yoxdur, mediada işıqlandırılmır: “İkinci problem boksçuların özləridir. Boksçu qalib gəlmək üçün ac olmalıdır. Bizim oğlanlar ilk əhəmiyyətli uğurdan sonra özlərini itirirlər. Artıq məşqə vaxt tapmırlar, tənbəlliklərinə qalib gəlmək istəmirlər. Pul gördükcə, boks arxa plana keçir”.
Məhəmmədrəsul Məcidov həmçinin deyib ki, zədədən tam sağalıb və altı aya yaxındır ki, aktiv məşq edir: “Rinqə girməyə hazıram. Menecerlərimin döyüş təşkil edəcəyini gözləyirəm. Promouterlərlə danışıqlar gedir, amma hələlik gözləməliyəm”.