Kərim Vəliyev türkiyəli həmkarına başsağlığı verdibackend

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə Türkiyə ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Güraka başsağlığı verib.

Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

K.Vəliyev başsağlığını avqustun 28-də Bakıda türkiyəli həmkarı ilə görüşdə çatdırıb.

Görüş zamanı o, ordu generalı M.Gürakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onu və rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğulanıb.