“Keşlə” Avroliqa üçün 22 oyunçu sifariş verdi – FOTObackend

“Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Laçi” ilə keçiriləcək oyun üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Klubun mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Albaniya təmsilçisi ilə oyun üçün 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 2 hücumçu sifariş edilib.

Qeyd edək ki, görüş avqustun 27-də, Bakıda “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” görüşü saat 21:00-da start götürəcək.

A.D