Kiqboksinq Federasiyasının Yeni Klubunun açılışı oldubackend
Bu gün Hörmətli Millət Vəkili Kiqboksinq Federasiyasının Prezidenti cənab Adil Aliyevin dəstəyi ilə Qolden Fayter Klubunun açılışı oldu.

“Yenigundem” xəbər verir ki,Klubun yeni rəhbəri baş məsqcisi hamımızın çox sevdiyi dəyərli Ayaz Mehdiyev oldu. Bundan sonra Klubun Prezidenti, Fedarasiyanın idarə heyətinin üzvü Xayal Piriyev seçildi . Açılışda iştirak edən Fedarasiyanın Baş katibi Oruc Memmedli, idarə heyətinin üzvü Vetaranlar arası Dünya çempionu Hüseynov Həsən, K -1 versyası üzrə, yeganə Avropa Dünya çempionu Elşad Ələsgərov ve idarə heyətinin üzvüləri Rüstəm Rüstəmov, Sadıq Bağırov gələrək xeyir dua verdilər. Kikboksinq Federasiyasının Vitse prezidenti Güloğlan Cabbarov federasiyanln idarə heyətinin üzvü Xeyal Priyevi tebrik etdi ürək sözlərin söylədi. Qeyd etdi ki, gələcəkdə bu klubun dahada zirvələrdə olmasını bizim fedarasiyamızı Dünya Avropa arenalarında yüksək seviyyədə təmsil etmələrini və hər zaman Vətənə Millətə xeyirli ovlad olmalarını və hər zaman Qızıl medallarla Vətenimizə dönmələrini arzu edirəm.

Nuranə Abdullayeva