“Esas Oğlan” serialındakı cəsur səhnələri ilə gündəm olan türkiyəli müğənni Hadisə açıqlamaları ilə diqqət çəkib.
“Yeni Gundem” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin serialın rejissoru 44 yaşlı Şenol Sönmezlə eşq yaşadığı deyilən müğənni ideal kişini təsvir edib.
39 yaşlı sənətçi ideal kişi olmaq üçün vacib olan kriteriyaları sadalayıb:
“Yaraşıqlı olmaq vacib deyil. Əgər filmə baxdıqdan sonra həmin şəxslə film haqqında söhbət edə bilmirsinizsə, bu, münasibət deyil. O, hər mənada sadiq olmalıdır. Məsələn, yemək zamanı səni narahat edəcək şəkildə bir qadına baxmaq olmaz. Bir qadını bəyənmək başqadır.
Bəzən mən də bir qadına baxıb deyirəm ki, “nə gözəl qadındır”, amma kişi sevgilisini narahat edəcək şəkildə baxmamalıdır. Şən olmalıdır. Düşünürəm ki, münasibətdə olduğum adamın şən olması hər ikimiz üçün böyük ilham mənbəyidir. O, öz məsuliyyətinin fərqində olmalıdır”.