Kişilərdə saç tökülməsinin qarşısını necə almaq olar?backend

“Androgen alopesiyanın (saç tökülmə) qarşısını almaq mümkün deyil, lakin düzgün müalicə üsulları ilə onu zəiflətmək olar”.

Bu barədə rusiyalı terapevt, dermatoloq Alena Parşina danışıb.

Androgen alopesiya bir qrup hormonun, o cümlədən testosteron və onun törəmələrinin təsiri nəticəsində baş verir. Bu hormonlar saç follikullarına təsir göstərir, bu da onların tədricən məhvinə və azalmasına səbəb olur.

“Müalicə olaraq, həkim maye və ya köpük şəklində olan və baş dərisinə tətbiq olunan xarici vasitələr təyin edə bilər. Həkimin təyin etdiyi dərmanlar qəbul etmək də mümkündür, lakin onların bir sıra əks göstərişləri var”, – dermatoloq qeyd edib.

Parşina həmçinin, mezoterapiya haqqında da məlumatverib. Bu zaman içərisində xəstənin venoz qanı olan sınaq borucuğu sentrifuqaya yerləşdirilir və biomaterialın maye hissəsi qan hüceyrələrindən ayrılır. Alınan plazma iynə ilə baş dərisinə yeridilir.

Oxu.az