“Kişinin qadınını göstərməsi düzgün deyil” – Vasifin sözləri müzakirələrə səbəb oldu – Videobackend

“Qadının kişisini göstərməsi çox normaldır. Amma kişinin qadınını göstərməsinə ciddi yanaşmıram”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu “Hər şey daxil” verilişində deyib.

Aparıcı Tarix Əliyev (Tolik) isə müğənninin bu fikirləri ilə razılaşmayıb:

“Niyə? Sən, Vasif, 7 il bundan qabaq toy etmisən. 7 il bundan qabaq “İnstagram” bu qədər gündəmdə olsaydı, sənin toyunu başdan ayağa canlıya qoyacaqdılar. Evdən çıxanda da səni göstərəcəkdilər. Bunu gizlətməklə… Bu qədər dövlər məmurlarının xanımları görünür. Burada ayıb bir şey yoxdur”.

 

YeniGundem.Az