Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib.
“Yeni Gündəm” xəbər verir ki, sənətçi koronavirus (COVİD -19) pandemiyasına yoluxmada şübhəli bilinir.
Kemerburgaz ərazisində meşənin içində xanımı Başak Tatlıtuğla karantində olan aktyorun halı dünən anidən pisləşib.
Özünü yaxşı hiss etməyən Kıvanç mərkəzi xəstəxanalardan birinə aparılıb.