Bu günə qədər geyimləri və imici ilə rəqqasələr arasında “stil-simvol” sayılan rəqqasə Renka “Qadınlar nə istəyir” adlı veriliş üçün yenidən fotokamera qarşısına keçib.
“Yenigundem” ın məlumatına görə, rəqqasə bu dəfə də fərqli obrazda şəkillər çəkdirib. Hər zaman çılğın qadın obrazı yaradan və geyimlərində açıq-saçıqlığa üstünlük verən Renka bu dəfə əksini edib. O, qapalı, ciddi kostyum seçib. Rəqqasə ciddi obraz yaratmağa müvəffəq olub.