9 illik bazada kolleclərə sənəd qəbulu 2023-cü il aprelin 4-dən 24-dək internet vasitəsilə aparılır.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
9-cu sinfi bu il bitirənlər kolleclərin müsabiqəsində buraxılış imtahanından əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları isə mayın 14-də qəbul imtahanı verirlər.
Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2022-ci ildə qəbul imtahanında (buraxılış imtahanında) iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər.
Abituriyentlər elanın tam mətni ilə aşağdaki linkə keçid etməklə tanış ola bilərlər.