Azərbaycanın Şimali Kiprə olan münasibəti digər türk dövlətlərinə nümunə olmalıdır.
“Yeni Gundem”-in məlumatına görə, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin komitə sədri Yasemin Öztürk Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın qardaşlıq münasibətləri yeni deyil, bu bağlar illərdir davam edir:
“İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra əlaqələrimiz daha da inkişaf etməkdədir. Biz bu münasibətlərin türk dövlətləri arasında nümunə kimi qəbul olunmasını arzulayırıq”.