Komitə sədri QHT sədri ilə görüşübbackend

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova və Birliyin Layihələr üzrə koordinatoru Nilufər Lətiflə görüşüb.

“Yeni Gundem”in məlumatına görə, Mədəniyyət Komitəsində keçirilən görüşdə RHİMİB-in həyata keçirdiyi mədəniyyətyönümlü layihələrlə, o cümlədən, Komitənin mənəvi dəstəyi ilə martın 4-də keçirilən “Sənət unutmur…” adlı sərgi ilə, habelə yeni layihələr üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Komitə sədri RHİMİB rəhbərliyini, onların timsalında Birliyin bütün üzvlərini Novruz bayramı ilə bağlı təbrik edib, yeni uğurlar diləyib.

Sonda Fazil Mustafa öz kitabını qonaqlarçün imzalayıb.

No description available.