Könül incə görünmək üçün bu yola əl atdı – FOTObackend

Əməkdar artist Könül Kərimova İnstaqram-da paylaşdığı son fotolarla diqqət mərkəzindədir. 

“Yeni Gundem” xəbər verir ki, gündəlik həyatını əks etdirən şəkillərə belə fotoşopla müdaxilə edən sənətçi  bu dəfə incə beli ilə hər kəsi təəccübləndirib.

51 yaşlı müğənni artıq çəkilərindən xilas olmaq üçün bu üsula əl atıb. Sənətçi 859 minlik izləyicisini aldatmağa çalışıb, incə görünmək istəyib. Lakin həmin şəklin fotoşopla kobud şəkildə düzəldilməsi nəzərdən qaçmayıb.

Belə ki, Kərimovanın poza verdiyi fondakı qapı və divara diqqət yetirəndə, fərqi açıq-aşkar görmək olur.