Müğənni Könül Kərimova “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib.
“Yeni Gundem”-in xəbərinə görə, hakim Vəfa Əzizovanın sədrliyi ilə araşdırılacaq işin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdir.