Xalq artisti Könül Xasıyevaya ağır itki üz verib.
“Yeni Gündəm” xəbər verir ki, ifaçının anası vəfat edib. Bu barədə Xalq artisti “İnstagram” səhifəsində paylaşım edib. O, mərhum anasının fotosunu paylaşaraq bu sözləri qeyd edib:
“Nurlar içində yat, canım anam. Allah cənnətdəki yerini peyğəmbər əfəndimizə qonşu etsin, İnşallah, Amin”.
Qeyd edək ki, Xalq artistinin anası uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.