Koronavirus səbəbindən toyları təxirə düşdübackend

Amerikalı prodüser və rejissor Deyv Makkeri ilə ailə həyatı qurmağa hazırlaşan aktrisa Emma Stoun koronavirus səbəbindən toy tarixini dəyişməli olub. “Yeni Gündəm” bildirir ki, bu barədə “Daily Mail” xəbər verib.

Nəşrin məlumatına görə, şadlıq ötən həftəsonu Los-Ancelesdə baş tutmalı idi, lakin orada karantin rejimi tətbiq edilib.

Münasibətlərinə 2017-ci ildə başlayan cütlük nikah mərasimini ertələyib. Stoun və Makkeri yeni tarixi hələlik təyin etməyiblər.