Koronavirusa görə Azərbaycan klubundan ayrıldıbackend

Qadınlardan ibarət “Azərreyl” klubu voleybolçusu Doris Pişmatla yollarını ayırıb.

“Yeni Gündəm” xəbər verir ki, komanda koronavirusla bağlı Azərbaycan çempionatında yaranmış fasilə ilə əlaqədar olaraq xorvat oyunçu ilə müqaviləni ləğv edib.

20 yaşlı hücumçu pandemiyaya görə Bakı klubundan ayrıldığını bildirib.

Qeyd edək ki, Pişmat mövsümün əvvəlində Zaqreb “Dinamo”sundan “Azərreyl”ə keçmişdi