Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tuturbackend

İctimai fəal Haldun Novruzzadə “MilliÖn”, “E-manat” aparatları ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib. “Yeni Gundem” Globalinfo.az-a istinadla xəbər verir ki, H.Novruzzadə kredit ödəyən zaman əlavə komissiya haqqı tutulduğunu bildirib.

“Deməlçi, “MilliÖn”, “E-manat” kimi aparatlar sentyabr ayından ödədiyiniz kreditlərdən 1 faiz xidmət haqqı tutur. Məsələn, 2000 manat kredit ödəyirsinizsə 20 manatını “MilliÖn” avtomatik çıxır. Bunu da qəbzdə göstərmir deyə sizin xəbəriniz olmur. Buna görə də əskik pul ödədiyiniz üçün adınız geçikməyə düşür”, – o qeyd edib.

“MilliÖn” Xidmət Mərkəzindən verilən məlumata görə, həmin komissiyanı banklar tutur:“Hər bir komissiya bank tərəfindən təyin olunur. Ödəniş zamanı məbləği daxil etməmişdən öncə monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır. Ola bilər ki, müştəri buna diqqət yetirmədən ödəniş edir. Ümumiyyətlə, “MilliÖn” tərəfindən komissiya tətbiq edilmir”.