Kreml regiondakı eskalasiyadan narahatdır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hazırda əsas məsələ İrəvan və Bakını güc metodlarından əl çəkməyə inandırmaqdır.
“Azərbaycan Silahlı Qüvvələri regionda mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir. Rusiya hərbçiləri Ermənistan və Azərbaycan tərəfləri ilə təmasdadır və ən yüksək səviyyədə təmaslar mümkündür”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov Qarabağda Rusiyakontingentinin sayının artırılması mümkünlüyü haqqında suala da cavab verib. Bildirib ki, bu cür qərarlar hərbçilər tərəfindən formalaşdırılır və bu, bütün tərəflərlə razılaşdırılır.
Kreml rəsmisi problemin siyasi və diplomatik həllinə nail olmaq imkanının mövcud olduğunu da söyləyib: “Kreml İrəvan və Bakını əvvəllər imzalanmış üçtərəfli sənədlərə əməl etməyə çağırır”, deyə Peskov əlavə edib./APA