Azərbaycanda mişar daşı kəskin (kubik) bahalaşıb.
Bu barədə əmlak eksperti Elnur Əsədov məlumat verib.
Ekspert bildirib ki, mişar daşının qiyməti əvvəlki satış qiyməti ilə müqayisədə 10-15% bahalaşıb:
“Bunun səbəbi karxanaların fəaliyyəti ilə əlaqədardır. Karxanaların sayı azalıb. Məhdudiyyətlər var”.
Xatırladaq ki, mişar daşının bir ədədinin qiyməti 45 qəpik idi, bu gün isə 60 qəpiyə təklif olunur./Qaynarinfo