“Kubinka”dakı söküntü niyə ləngiyir? – VİDEObackend

Bakıda “Kubinka” adlanan ərazidə söküntü işləri aparılır. Sakinlərin bir çoxu ərazidən köçürülsə də öz evlərini tərk etməyən vətəndaşlar var.

Onların etirazı söküntünü icra edən şirkətin təklif etdiyi 2 min manat kompensasiya məbləğidir.

Ətrafda gedən söküntü işləri sakinlərin evlərinə ziyan vurmağa başlayıb. Belə ki, evlərini tərk etməyənlər artıq evlərin çatların yarandığını bildiriblər.

240 ailədən 35 ailənin evlərini tərk etməməsi “Kubinka”dakı böyük söküntünü də yarımçıq qoyub.

Şirkət rəsmilərinin sakinləri evləri müqabiində yeni tikiləcək binalardan daha böyük mənzil təklif etsələr də qarşı tərəf razılaşmayıb.