Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmaz koronavirus səbəbi ilə küçəyə çıxma qadağası olan yaşlıları təhqir edib.
“Yeni Gündəm” xəbər verir ki, o, instaqram səhifəsində video paylaşaraq “küçəyə çıxın, hamınız gəbərin. Biz gənclər olaraq həyata davam edək”,- deyə bildirib.
Bundan sonra bir çox insan məşhur simanın sözügedən fikirlərini tənqid edib, hətta fenomen barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Onlardan biri də tanınmış vəkil Serdar Öktem olub. Vəkil qeyd edib ki, məqsədi K. Durmazı həbs etdirməkdir.