Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıqbackend

Azərbaycanın bəzi bölgələrində dekabrın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Laçın, Zəngilan, Ağdam, Ağdərə, Kəlbəcər, Yardımlı, Lerik, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Goranboy, Naftalan, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.