Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdırbackend

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətdən “Yeni Gundem”-ə verilən məlumata görə, dekabr ayının 22-də saat 03:25-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 (on üç) ədəd şübhəli bağlama müəyyən edilmişdir.

Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.