Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Qazax magistral yolunun 19-cu kilometrliyində – Gürcüstanla dövlət sərhədində Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə bağlı məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən “Yeni Gundem”-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri kanalizasiya işlərinin aparılması və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.