Kürdəmirdə SİLAHLI İNSİDENTbackend

Kürdəmirdə silahlı insident olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Carlı kəndində qeydə alınıb.

Kənd sakinləri – Xalid Abdullayevlə Rüstəm Məmmədov arasında mübahisə düşüb.

Mübahisədən sonra X.Abdullayev gecə saatlarında R.Məmmədovun yaşadığı evə gələrək ov tüfəngi ilə onu güllələyib.

Nəticədə R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.