Bu gün “World Business Center”də Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi (MTST) ilə Türkiyənin Eslem Film Yapım Şirkəti arasında əməkdaşlığa başlanılıb.
“Yeni Gündəm” xəbər verir ki, “Sənət Akademiyası” Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilməsi məqsədilə Niyyət Protokolu imzalayıb.
Layihənin əsas məqsədi iki qardaş dövlət arasında aparılan sürətli işğüzar əlaqələrdə həm vətəndaş kimi, həm də İctimai Birlik olaraq töhfə verməkdir.
Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycanda müxtəlif sənət sahələrində, o cümlədən kino və serial sahəsini inkişaf etdirmək məqsədi ilə gəncləri bir araya gətirəcək. Layihənin ilk ulduz qonağı “Kurtlar Vadisi Pusu”nun baş rol ifaçılarından Erhan Ufak və ona aid olan “Eslem” yapım Şirkətinin yaradıcı heyətidir.
Müəliff: Yenigundem.az