La Liqanın 22-ci turunda “Barselona” səfərdə “Betis”ə 3:2 hesabı ilə qalib gəlib.
Bu görüşdə Lionel Messi 57-ci dəqiqədə meydana daxil olub, 59-cu dəqiqədə isə rəqib qapısına yol tapıb.
“Yeni Gündəm” xəbər verir ki, bununla da argentinalı La Liqada sonradan oyuna daxil olduqdan sonra vurduğu qolların sayını 27-ə çatdırıb və Oskar de Paulaya çatıb.
Siyahıya isə 28 qolla Xulio Salinas başçılıq edir.Qol.az