“Laçın mini futbol” klubu 33 illik ayrılıqdan sonra Laçında yaşıl meydana çıxır – FOTObackend

Aprelin 14-də, saat 15:00-da Laçın Şəhərində “Laçın mini futbol” komandası ilə Masazırın “Azər Duz” komandası qarşılaşacaq.

Bu barədə açıqlamasında “Laçın mini futbol” klubunun rəhbəri, MMA döyüşçüsü Elçin Hüseynov deyib.

“Dörd il əvvəl yaratdığım “Laçın mini futbol” klubu bir çox uğurlara imza atıb. 2023-2024 mövsümündə futbolun həvəskarlar liqasında 24 komandadan ibarət turnirdə finala vəsiqə qazanmışıq. 33 illik ayrılıqdan sonra Müzəffər Ordumuzun azad etdiyi torpaqlarda təşkil ediləcək ilk oyun, ölkənin idman həyatı, eyni zamanda doğma yurdlarına qayıtmış laçınlılar üçün əhəmiyyətli və çox maraqlı hadisəyə çevriləcək”, deyə E.Hüseynov bildirib.

Qeyd edək ki, “Laçın mini futbol” klubu 1/8-də birdə “Ultra”, 1/4-də Zabratın “Azilon” ,1/2-də isə “Bakutex” komandasını meğlub edərək finala çıxıb.

Yenigundem.az