Lalə Azərtaş: “22-dən 6 çıxanda 18 qalır…”backend

Aparıcı Lalə Azərtaşın verilişdən yayılan videosu sosial şəbəkədə gündəm olub. Axşam.az xəbər verir ki, “Təsir dairəsi” proqramına qatılan Abbas adlı şəxs aparıcıya sual ünvanlayıb.

L.Azərtaş oğlanın “22-dən 6 çıxanda neçə qalır” sualına “18” cavabını verib. Oğlan isə onun səhvini tutaraq “16” deyib.

Aparıcının bu videosu sosial şəbəkədə viral olub.