Lalə Şövkət deputatlığa namizəd olacaq?backend

VII çağırış Milli Məclisə seçkilərin vaxtı yaxınlaşdıqca, tanınmış simaların deputatlığa namizəd olub-olmayacağı da gündəmə gəlir.

İctimaiyyət yeni formalaşacaq parlamentin tərkibinin Qarabağ münaqişəsindən sonra yaranan yeni dövrə uyğun olacağını gözləyir. Bu ilin avqust-sentyabr aylarında keçiriləməsi gözlənilən seçkilərə isə çox az qalır. Modern.az saytı tanınmış siyasətçi, fəaliyyəti dayanmış Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş lideri Lalə Şövkətin deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənməyə çalışıb.

Saytımıza açıqlamasında Lalə Şövkət qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini bildirib.

“Parlament seçkilərində namizəd olmağı planlaşdırmıram”, – o deyib.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü il də iyulun 7-də Azərbaycanın dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan da imtina edib.

3 iyun 1995-ci ildə Lalə Şövkətin rəhbərliyi ilə Azərbaycan Liberal Partiyasının təsis konfransı keçirlib. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib.

Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib.