Lavrov İrəvana getdibackend

Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanın paytaxtı İrəvana iki günlük səfərə gedib.

Bu barədə “Sputnik Armenia” bildirib.

Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində bir sıra vacib tədbirlərdə, KTMT Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Baş Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.

Görüşlər zamanı KTMT üzv olan ölkələrin hərbi-siyasi vəziyyəti və təşkilatın sessiyalararası fəaliyyəti müzakirə olunacaq.