Lavrov Mirzoyan görüşünün nəticəsi nə oldu?backend

Rusiya xarici işlər naziri Sergey Lavrovun ER XİN rəhbəri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında bəyanatlar verib.

“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri bildirib ki, Kreml Qərbin ört-basdır edilmədən onu Ermənistanla çəkişdirmək, Cənubi Qafqazda vəziyyəti pozmaq cəhdlərini görür.

O vurğulayıb ki, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderləri arasında razılaşmalar həyata keçirilməli, Laçın dəhlizi mövzusu bu məcrada nəzərdən keçirilməlidir.

“Qərb Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin əsas prinsiplərini pozaraq “diplomatik reyd”lə məşğuldur”.

Görüşdə Ermənistan xarici işlər naziri ilə Qarabağda vəziyyətin normala dönməsi ilə bağlı anlaşma əldə olunub.

Görüşün nəticəsi olaraq açıqlanıb ki, yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yeni tarixi müzakirə olunacaq.

Mirzoyan İrəvanın Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünə hazır olduğunu təsdiqləyib.

Fərahim Rəhimov