Lavrovla jurnalist arasında mübahisə – VİDEObackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransı zamanı isveçli jurnalistin sualını nalayiq adlandırıb.

“Yeni Gündəm” xəbər verir ki, Moskvada səfərdə olan ATƏT-in sədri, İsveçin XİN başçısı Ann Linde ilə keçirdiyi mətbuat konfransı zamanı isveçli jurnalist Lavrova belə bir sual ünvanlayıb:

“Rusiya Qərb demokratiyası ilə münasibətləri yaxşılaşdırmaq üçün hansısa addımlar atmağa hazırdırmı?”

Bu sual isə açıq-aydın Lavrovun xoşuna gəlməyib və o, bu cür sualın nalayiq olduğunu vurğulayıb. Lavrovun sözlərinə görə, bu cür davranış qərbli həmkarlarının ənənəsinə çevrilib.

Qeyd edək ki, S. Lavrovun iştirakı ilə mətbuat konfranslarında bu cür analoji hallar tez-tez yaşanır.