Moskva Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi üçün əlindən gələni edir və bundan sonra da edəcək.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib.
O, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2023-cü illərdə imzalanmış üçtərəfli razılaşmaların əhəmiyyətini vurğulayıb:
“Moskva ardıcıl olaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh müqaviləsinin bağlanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Biz həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyası və demarkasiyası, eləcə də Bakı ilə İrəvan arasında əlaqələrin yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli razılaşmalar məhz bunlara istiqamətlənib. Rusiya bu üçtərəfli sazişlərin həyata keçirilməsi üçün əlindən gələni edir və bundan sonra da edəcək”.