Ləğv olunan konsertin pulunu onlardan istədibackend

 

Müğənni Bülent Ersoy İstanbul hava limanında yaranan qalmaqalla bağlı açıqlama verib.
“Yeni Gündem” xəbər verir ki, sənətçi İstanbuldan Antaliyaya getmək istədiyini, lakin onu aeroportda daşıyan əlil arabası xidmətinin əməkdaşlarının gecikməsi səbəbindən konsertə çatmadığını bildirib.

 

Ersoy qeyd edib ki, 12 yanvarda təşkil olunan musiqili gecə ləğv olunub. Müğənni bu səbəbdən şirkəti məhkəməyə verdiyini, külli miqdarda ziyana düşdüyünü bildirib. Ersoy konsert ləğv olunduğu üçün itirdiyi zərərin ödənilməsini tələb edib.

İfaçı, eyni zamanda mətbuatda yazıldığı kimi şirkət əməkdaşlarını təhqir etmədiyini söyləyib:

“Hava limanı böyük bir yerdir. Bir saata təyyarəyə gedə bilərsən. Əlil arabası istədim ki, tez çatım. Amma 45 dəqiqə gözlədim. İddia edirlər ki, təhqir etmişəm. Sübut etsinlər, mən heç kəsi söyməmişəm. Özüm haqlı olmasam, işi məhkəmə səviyyəsinə niyə çatdırım?”.