Lənkəran Sukanal Sahəsinin həyətini su basdıbackend
Lənkəran şəhərində Sukanal Sahəsinin əməkdaşları acınacaqlı vəziyyətlə üz-üzə qalıb.
Qaynarinfo xəbər verir ki, “Azərsu” ASC-nin 3 №-li Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsinin həyətini su basıb.
Bu səbəbdən səhər işə gələn əməkdaşlar öz iş otaqlarına girə bilməyib.
Lənkəran sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, idarənin binasının həyəti yağış suları nəticəsində bu hala düşüb:
“Suyun axarı olmalıdır. Lənkəranın da drenaj sistemi çoxdan sıradan çıxıb. Şəhərin kanalizasiya sistemi yoxdur”.