Lənkəranın Separadi, Tükəvilə, Diryan və Gəgiran kənd sakinləri yol problemindən əziyyət çəkirlər.
Onların sözlərinə görə, dörd kəndi əhatə edən bu problem illərdir ki, davam edir:
“Biz çox pis vəziyyətdəyik. Yol bərbad gündədir, maşınlar dağılır, sürmək olmur. Maşınlarımız ayda iki dəfə ustaya gedir. Xəstəmiz olanda təcili yardım gələ bilmir”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, sözügedən kəndləri birləşdirən avtomobil yolunun yenidən qurulması planlaşdırılır.
Bununla bağlı olaraq növbəli şəkildə maliyyə vəsaitinin ayrılması və həmin yollarda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Ətraflı Baku TV-nin süjetində: