Lənkəranda tikilən bina ilə bağlı sahibkardan özəl açıqlamabackend

“Bəzi media və sosial şəbəkə səhifələrində Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında inşa olunmuş çoxmərtəbəli bina ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb”.
Oxucuların nəzərinə çatdırmaq istərdik ki, Lənkəranda dövlətə meydan oxuyan sahibkarlar Taleh Qaraşovla anlaşıb başlığı ilə cumhriyyet.az saytında gedən yazı ilə bağlı açıqlama verilib.

Şirkətin nümayəndəsi bildirib ki, tikili bina ilə qonşu olan Məmmədov Vüqar və Anar qardaşları, özlərinə məxsus həmin binaya bitişik olan ərazidə torpaq səhəsini bazar qiymətindən 5 qat artıq satılması ilə bağlı, təklif veriblər.
Və bu təkliflə, bina tikən tərəfindən narazılıqla qarşılandığından bundan sonra böhtan kompaniyasına başlayıblar.
Bildirmək istəyirik ki, həmin ərazidə torpaq 60-70 min civarında olduğu halda, 250 min manat pul istəyiblər.
Bina tikintisi başlamamışdan öncə, hər iki qardaş notarial qaydada təstiq olunmuş ərizə təqdim ediblər ki, qonşuluqlarında binanın tikilməsi ilə bağlı hecbir etiraz və narazıçılıq yoxdur.Qardaşların notariat qaydada təsdiq olunan ərizələrin surətləri saytın redaksiyasına təqdim olunub.
Lakin istədikləri qiymətə torpağı sata bilmədikəri üçün, böhtan və şər kampaniyasına başlayıblar.
Bina tam qanuna müvafiq qaydada inşa edilib, bundan sonra əmlak komitəsinə müraciət olunub.
Əmlak komitəsi müəyən sənnədlərlə bağlı imtina verdiyi üçün, imtinanı qanunsuz hesab edərək vətəndaş birbaşa inzibatı məhkəməyə müraciət edib.
İnzibatı məhkəmə iddianı haqlı hesab edərək, onu təmin edib.Eyni zamanda, əmlak komitəsi inzibatı məhkəmənin gəldiyi nəticəilə razılaşıb, ondan apelyasiya şikayəti verməyib və binanı çıxarışla təmin edib.
Bundan sonra 62 mənzildən ibarət bu binanın 45 mənzili digər vətəndaşlara artıq satılıb və vətəndaşlar artıq çıxarışla təmin olunublar.Qanun çərçivəsində azərişıq və azərsu binanın işıq və su ilə təmin edib.Hall hazırda, 4 nəfər sakin dövlətin 25 illik ipotekasından yararlanaraq, həmin binadan mənzil alıblar.Bütün bunlar birdaha ona sübutdur ki, binanın inşası və binanın mövcudluğu qanun verciliyə tam uyğun həyəta keçirilib.
Qeyd edək ki, bu aparılan kompaniya bina tikən sahibkara təziq məqsədlə seçilib.
Qeyd edək ki, məhkmə ədalətli qərar verib və heçbir qanun pozuntusu etməyib.Hakim ədalətli qərar verib, sonda apelyasiya şikayəti verilməyib.
Şirkətin nümayəndəsi bildirib ki, Vüqar və Anar Məmmədov qardaşlarının sosial şəbəkədə paylaşdığları videolarına görə (guya tiktinti zamanı mətbəxə dəyən ziyan barəsində) bildirmək istəyirik ki, həmin mətbəxin yerləşdiyi ərazi bina sahibinin xüsusi mülkiyyətindədir. Yəni Məmmədov qardaşı o hissəni zəbt ediblər.