ADA Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
”Yeni Gundem” xəbər verir ki, ADA Universitetinin prorektoru, millət vəkili Fariz İsmayılzadənin təşəbbüsü ilə ADA Universitetində keçirilən Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri İkinci Qarabağ müharibəsində canından keçən Lənkəranlı Şəhidlərin övladlarının iştirakı ilə baş tutub.
Fevralın 26-sı təşkil edilən tədbirdə Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzinin *Şəhid övladlarından *ibarət musiqi qrupu, C.Cabbarlı adına 1 nömrəli musiqi məktəbinin müəllim və şagirdləri, ADA Universitetinin professor-tələbə heyəti iştirak ediblər.