Lənkəranın qardan sonrakı mənzərəsi:Qar yağandan sonra aşan ağaclar hələ də yerdə qalıbbackend

Azərbaycanın cənub rayonlarında saatlarla davam edən qar ciddi fəsadlara səbəb olub.

”Yeni Gundem” xəbər verir ki,Lənkəranda küçələrdə qırılmış ağac budaqlarına, hətta kökündən çıxmış ağaclara rast gəlmək az qala adi hala çevrilib.

Şiddətli qar iri gövdəli ağacları aşırıb, aşan ağacların bir çoxu avtomobil yoluna düşüb.Qarın yağmasından bir neçə gün keçməsinə baxmayaraq, Lənkəran Şəhər İcra Hakimiyyəti yola aşan ağacları yoldan təmizləməyib.

Qarşı tərəflərin də mövqeyini verməyə hazırıq.

”Yeni Gundem”