Lerik rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Gundem” xəbər verir ki, hadisə dekabrın 17-də saat 18 radələrində qeydə alınıb.
Babagil kəndi ərazisində rayon sakini M.Qurbanov idarə etdiyi “Kia” markalı avtomobili körpüdən çaya aşırıb.
Nəticədə sərnişinlərdən Nazim Ağayev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.
Lerik RPŞ tərəfindən araşdırma aparılır.