Lerikdə məmurun ölümünün təfərrüatı – YENİLƏNDİbackend

Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

“Yeni Gundem” APA-ya istinadla xəbər verir ki, 30 yaşlı Şəfiq Əliyev günorta saat 13:00-da işdə olarkən ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxıb.

Bundan sonra onun mobil telefonuna zəng çatmayıb. Axşam saat 19:00-da isə yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbiristanlığının girişində aşkarlanıb.

Ş. Əliyevin yaxınları qəbiristanlığı axtararkən onun meyiti içəridə, ağacdan asılı vəziyyətdə tapılıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

***

00:26

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

“Unikal”ın məlumatına görə, Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd əraz üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir. Lerik Rayon İcra Hakimiyyətindən də məlumatı təsdiqləyiblər.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.