Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən, Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.
“Yeni Gündəm” qurumun saytına istinadən xəbər verir ki, o, 150 xal yığıb. Lionel Messi (Argentina, PSJ) 105 xalla 2-ci, Jorjinyo (İtaliya) 40 xalla 3-cü olub.
IFFHS-in versiyasına əsasən ilk 10-luq belədir.
2. Lionel Messi (Argentina, “Barselona”/PSJ) – 105
3. Jorjinyo (İtaliya, “Çelsi”) – 40
4. Kevin De Bruyne (Belçika, “Mançester Siti”) – 35
5-6. Məhəmməd Salah (Misir, “Liverpul”) – 20
5-6. Kilian Mbappe (Fransa, PSJ) – 20
7. Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”/ “Mançester Yunayted”) – 15
8-9. Nqolo Kante (Fransa, “Çelsi”) – 10
8-9. Canluici Donnarumma (İtaliya, “Milan”/PSJ) – 10
10. Erlinq Haland (Norveç, “Borussiya” Dortmund) – 5