Tanınmış ifaçı Leyla Ramazanlı fərqli obrazlarla kamera qarşısına keçib.
“Yeni Gündəm” xəbər verir ki, geyimləri ilə müxtəlif obraz yaradaraq fotosessiya etdirən müğənni yeni layihələrinin olacağını qeyd edib.
Leyla yeni mövsümdə bir neçə mahnısını təqdim edəcək.
“Bu dəfə fərqli obrazlarla çıxış etdim. Çox maraqlı bir çəkiliş prosesi baş tutdu. Hazırda yeni layihələrim üzərində çalışıram. Yeni mövsümdə 2 yeni mahnım var və yeni klipimi nümayiş etdirəcəm. Yaradıcılığımla gündəmdə qalmağa üstünlük verirəm. Bundan daha fərqli formatda da layihələrim olacaq. Məni tanıyanlar yaxşı bilir ki, qalmaqalla deyil, məhz sənətim, yaradıcılığımla gündəm olmağı sevmişəm” – ifaçı bildirib.