Leysan, qar yağacaq, sel keçəcək – Bu tarixdən hava KƏSKİN DƏYİŞİRbackend

Bakı və Abşeronda noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Bu barədə “Yeni Gundem”-ə Milli Hidrometrologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.