Almaniyanın “Bild” qəzeti “Rammstein” rok qrupunun solisti Till Lindemannın koronavirusa yoluxduğundan Berlində xəstəxanalardan birinə yerləşdirildiyinə dair məlumat yayıb.
“Yeni Gündəm”in xəbərinə görə, musiqi qrupu feysbuk hesabında bəyanat yayaraq həmin informasiyanı təkzib edib.
Məlumatda bildirilir ki, Lindemann COVID-19-a görə analiz verib, nəticə neqativ çıxıb:
“Həkim dünən Till Lindemanna xəstəxanaya getməyi məsləhət gördü. O, gecəni reanimasiya şöbəsində keçirdi və bu gün başqa bir şöbəyə köçürüldü. Koronavirusa görə verdiyi testin cavabı neqativ çıxdı”.
Qeyd edək ki, Lidemann Ukrayna və Rusiyanın pop ulduzu Svetlana Loboda ilə sevgilidir. Cütlüyün bu münasibətdən bir qızı var.