İspaniya La Liqasının 9-cu turu çərçivəsində “Sevilya” ilə matçda qolu sınan “Barselona”nın ulduzu Lionel Messinin 3 həftə yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.
“Yenigundem” xəbər verir ki, 31 yaşlı hücumçu bu müddətdə 4 oyunda iştirak edə bilməyəcək.
Messi Çempionlar Liqasında “İnter”lə ev və səfər, La Liqada isə “Real” və “Rayo Valyekano” ilə oyunları buraxmalı olacaq.