Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 16-ı keçirilməli olan “Leyptsiq” – “Liverpul” matçı Almaniyada keçirilməyəcək.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndələri məlumat veriblər.
Bildirilib ki, koronavirusun mutasiyaya uğramış variantına yoluxmaların olduğu yerlərdən gələnlər fevralın 17-dək Almaniyaya buraxılmır. Qadağa şənbə günü qüvvəyə minib. “Liverpul” üçün xüsusi güzəşt edilməyəcəyi təsdiqlənib.
“Alman hökumətinin keçən cümə günü koronavirusun yayılmasına qarşı qorunma haqqında hökumətin fərmanı yalnız bəzi istisnaları təmin edir. Burada peşəkar idmançılar üçün xüsusi qaydalar yoxdur” – deyə hökumətin açıqlamasında bildirilir.
Qeyd edək ki, Almaniya hökumətinin bu qərarından sonra UEFA-nın qısa müddətdə bu görüşlə bağlı açıqlama yayması gözlənilir.