Macarıstan şirkətləri Azərbaycanda dərman istehsal edəcəkbackend

2025-ci ildən Macarıstanın iki əczaçılıq şirkətləri Azərbaycanda dərman istehsalına başlayacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında bildirib.

O əlavə edib ki, bu müəssisələrdə 90 adda dərman istehsalı planlaşdırılır.

S. Babayev əlavə edib ki, turizm, təhsil, kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişlənir. Bu isə qeyri- neft sektorunda əlaqələrin inkişaf potensialının olduğunu deməyə əsas verir.

APA